Gənclərin İKT biliklərinin artırılması məqsədilə 2 günlük seminarlar başlayıb - FOTOSESSİYA
Bu gün YAP rayon (şəhər) təşkilatları üzrə gənclər birlikləri sədrlərinin informasiya texnologiyaları üzrə biliklərinin təkmilləşdirilməsi istiqamətində iki günlük seminarlar öz işinə başlayıb. SİA-nın xəbərinə görə, seminar çərçivəsində gənclər rəqəmsal dünyanın yeni nailiyyətlərini daha dərindən mənimsəmək, sosial şəbəkələrdə fəaliyyəti səmərəli şəkildə qurmaq, elektron ünsiyyəti intensivləşdirmək və digər mövzularda üç müxtəlif qrupda işi davam etdirəcəklər. I qrup İKT texniki seminarı YAP GB-nin sədr müavini Aygün Əliyeva, II qrup İKT nəzəri seminarı YAP GB-nin sədr müavini Samirə Quliyeva və Sərraf Hüseynov, III qrup İKT ideoloji seminarı isə YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı aparıb. I qrup İKT texniki seminarında gənclər internetdən istifadə, ondan müxtəlif formada istifadə qaydalarını öyrəniblər. II qrupu İKT nəzəri seminarında gənclər sosial şəbəkələrə müxtəlif prizmalardan yanaşmağa çalışıblar. III qrup İKT ideoloji seminarında isə millət vəkili Mübariz Qurbanlı ölkədə aparılan ideoloji işlər və onların uğurları barədə gənclərə ətraflı məlumat verib. Hər üç bölmədə gənclərlə müxtəlif mövzular ətrafında müzakirə aparılıb, qarşılıqlı fikir mübadiləsi edilib.
YAP-ın icra katibi Mübariz Qurbanlının fikrincə, seminarlar gənclərin inkişafına, aralarındakı münasibətlərin daha da yüksəlməsinə müsbət təsir edəcək.
Qeyd edək ki, seminar martın 1-dək davam edəcək. Sonda gənclər Heydər Əliyev Fondunu ziyarət edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB