Mübariz Qurbanlı: \"Fransa Konstitusiya Şurasının ədalətli qərarını söz və fikir azadlığının təzahürü kimi dəyərləndirmək olar\"

Mübariz Qurbanlı: \"Fransa Konstitusiya Şurasının ədalətli qərarını söz və fikir azadlığının təzahürü kimi dəyərləndirmək olar\"

Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Fransa Konstitusiya Şurasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsini yüksək qiymətləndirib. Mübariz Qurbanlı SİA-ya açıqlamasında bildirib ki, Fransa Konstitusiya Şurasının bu addımı dünya ermənilərinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsi oldu.

"Keçirilən bütün tədbirlər bir daha onu sübut etdi ki, Azərbaycan-Türkiyə birliyi üçün heç bir maneə ola bilməz. Fransa Konstitusiya Məhkəməsi sarkozilərin Fransa üzərinə ləkə yaxmasına imkan vermədi. Hesab edirəm ki, Avropada bu cür cəhdlər göstərən erməni lobbisinin təsiri altında belə hərəkətlərə yol vermək istəyənlərə tutarlı cavab oldu. Sərsəm qanunlara sərsəmlər dəstək verər. Sərsəm qanunların qarşısını isə kamil insanlar ala bilər. Fransa Konstitusiya Şurası və bu məsələdə mövqe nümayiş etdirənlər kamil hərəkətlərə əməl etdilər. Yeni Azərbaycan Partiyası da bu sahədə öz sözünü dedi. Yeni Azərbaycan Partiyası Gənclər Birliyi bu hadisə ərəfəsində Fransa Senatına və Fransa nümayəndələr məclisi üzvlərinə etiraz məktubları göndəriblər. Hesab edirəm ki, bu Türkiyə-Azərbaycan birliyinin uğurlu təcəssümüdür", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə