Jurnalistlər mükafatlandırılıb

Jurnalistlər mükafatlandırılıb

Multimedia Mərkəzi "İnformasiya cəmiyyətinin jurnalisti" layihəsini reallaşdırıb. Mərkəzdən SİA-ya verilən məlumata görə, layihənin əsas məqsədi ölkədə informasiya cəmiyyəti quruculuğuna dəstək verməkdən ibarət olub. Layihə çərçivəsində treninqlər keçirilib, eyni zamanda müsabiqə təşkil olunub. Treninqlərdə müxtəlif KİV-lərdə çalışan jurnalistlər və universitetlərdə jurnalistika ixtisası üzrə təhsil alan 25 nəfər iştirak edib. Müsabiqədə 14 nəfər jurnalist "İnformasiya cəmiyyətinin jurnalisti" nominasiyası üzrə yazı təqdim edib, onların arasından qaliblər seçilib.


Bütün xəbərlər Facebook səhifəmizdə