Azərbaycan XİN Fransada “erməni qanunu”nun ləğvinə münasibət bildirib

Azərbaycan XİN Fransada “erməni qanunu”nun ləğvinə münasibət bildirib

Azərbaycan Xarici İşlər Nazirliyi Fransa Konstitusiya Şurasının \"erməni soyqırımı\"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanunu ləğv etməsinə münasibət bildirib. SİA-nın xəbərinə görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib ki, Fransa demokratiyanın mənbəyi kimi uydurma "erməni soyqırımı"nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunu təsdiqləsəydi, bu, ölkənin imicinə böyük zərər gətirərdi.

Onun sözlərinə görə, Azərbaycan Fransa Konstitusiya Şurasının qanunu ləğv etmək barədə qərarını çox müsbət qarşılayır: "Ermənilər prezident seçkiləri öncəsi Fransanı şantaj edərək qanunu müzakirəyə çıxarsalar da, onların bu addımı fiaskoya uğradı".

Bütün xəbərlər Facebook səhifəmizdə