Pakistan Senatının nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib
Pakistan Senatı sədrinin müavini Mir Can Məhəmməd Xan Camalinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb. SİA-nın verdiyi məlumata görə, nümayəndə heyəti bu gün Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib.
Qeyd edək ki, səfər çərçivəsində Milli Məclisdə parlamentlərarası dostluq qruplarının görüşləri keçiriləcək. Nümayəndə heyəti Milli Məclisin sədri Oqtay Əsədov tərəfindən qəbul olunacaq. Pakistan Senatı nümayəndə heyətinin prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır. Bundan başqa, pakistanlı deputatlar Bakı Dövlət Universitetində olacaqlar. Rəsmi görüşlər martın 2-də başa çatacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB