Milli Ordumuzun zabitini ermənilər yaralayıb

Milli Ordumuzun zabitini ermənilər yaralayıb
Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun zabiti yaralanıb. SİA-nın məlumatına görə, hadisə cəbhənin Xocavənd rayonu istiqamətində qeydə alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev SİA-ya bildirib ki, hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında baş verib. Milli Ordunun leytenantı, 1988-ci il təvəllüdlü Pərvin Şahin oğlu Əliyev düşmən gülləsinə tuş gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə