Liberalizm və Cənubi Qafqazın Liberal Gənclər Şəbəkəsi” mövzusunda seminar keçirəcək

Liberalizm və Cənubi Qafqazın Liberal Gənclər Şəbəkəsi” mövzusunda seminar keçirəcək

"Gələcək" İctimai Birliyi və "Cənubi Qafqazın Liberal Gənclər Şəbəkəsi" ("Liberal Youth Network of South Caucasus") "Liberalizm və Cənubi Qafqazın Liberal Gənclər Şəbəkəsi" mövzusunda seminar keçirəcək. SİA-nın xəbərinə görə, seminar martın 4-ü Sumqayıt gəncləri üçün Almaniyanın "Azadlıq Namin Fridrix Naumann Fondu"nun dəstəyi il baş tutacaq. Seminar zamanı iştirakçılara bir sıra mövzular üzrə məlumatlar veriləcək. Bunlara liberalizmin qısa tarixi və onun əsas prinsipləri; iqtisadiyyatda liberalizm; siyasətdə liberalizm; fərdi hüquq və azadlıqlar daxildir.

Bütün xəbərlər Facebook səhifəmizdə