Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq. Cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumatına görə, havanın temperaturunun gecə 2-6 dərəcə isti, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında bu gün hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə isti, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti təşkil edəcək. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı gözlənilir.
Fevralın 29-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin martın 01-dən hava şəraitinin dəyişiləcəyi, arabir yağıntılı olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB