Parlamentin keçiriləcək növbədən kənar iclasında 13 məsələyə baxılacaq

Parlamentin keçiriləcək növbədən kənar iclasında 13 məsələyə baxılacaq

Azərbaycan parlamentinin növbəti iclasının tarixi və müzakirəyə çıxarılacaq məsələlər məlum olub. SİA-nın verdiyi xəbərə görə, parlamentin martın 6-da keçiriləcək iclasında 13 məsələyə baxılacaq.Belə ki, gündəlikdə duran məsələlər: \"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında;

- "Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş);

- "Azərbaycan Respublikası Höküməti və Litva Respublikası Höküməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi" Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- "Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı və Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin yerləşdirilməsi üçün qarşılıqlı olaraq daşınmaz əmlakın ayrılması haqqında" Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- "Azərbaycan Respublikası Höküməti və Amerika Birləşmiş Ştatları Höküməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında" Sazişdə dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə;

- "Azərbaycan Respublikası Höküməti və İsrail Dövləti Höküməti arasında gömrük işi sahəsində qarşılıqlı yardım haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- "Azərbaycan Respublikası Höküməti və Bolqaristan Respublikası Höküməti arasında məxfi informasiyaların qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında" Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- "Cinayətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında" Sazişinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanunun layihəsi barədə;

- Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqında Azərbaycan Respublikası qanunun layihəsi haqqında;

- "Azərbaycan Respublikası gömrük orqanlarının tanınma nişanı haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında;

- "Azərbaycan Respublikası gömrük orqanlarının bayrağı haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikasının layihəsi haqqında;

"Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Bütün xəbərlər Facebook səhifəmizdə