Sabah ölkənin iki rayonuna mavi yanacağın verilişi dayandırılacaq. Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu Zaqatala və Balakən rayonlarına şamil ediləcək. Belə ki, cari təmir işləri ilə əlaqədar sabah - fevral 29-da saat 10:00-dan 17:00-dək "Yevlax-Balakən" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB