Sabah iki qrupda Şura üzvlüyünə seçkilər keçiriləcək

Sabah iki qrupda Şura üzvlüyünə seçkilər keçiriləcək

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə ixtisaslaşmış QHT qrupları üzrə seçkilərin qrafikinə uyğun olaraq ilk qrup seçkilərinə start verilir.

İnsan hüquqları və demokratiya qrupu üzrə: 29.02.2012. Saat 10.00

Ailə, qadın və uşaq məsələləri qrupu üzrə: 29.02.2012. Saat 14.00

Qurumdan SİA-ya verilən xəbərə görə, seçkilər Azərbaycan Dövlət Pedaqoji Universitetinin əsas binasının akt zalında keçiriləcəkdir (Ünvan: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi-34).

Seçki yığıncaqlarında iştirak üçün nümayəndələr şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Seçki yığıncaqlarında iştirak edə bilməyən, müvafiq qeydiyyatdan keçmiş nümayəndələri başqa şəxslər əvəz edə bilər. Bu haqda yazılı məlumat təşkilat komitəsinə təqdim edilməlidir.

Seçkilərin gedişini işıqlandırmaq istəyən KİV nümayəndələri təşkilat komitəsində qeydiyyatdan keçməlidirlər (Telefon: 012-493-17-80; 012-493-17-32).

Bütün xəbərlər Facebook səhifəmizdə