Kəsdiyi ağac canını aldı

Daşkəsən rayonunda ehtiyatsızlıq ölümlə nəticələnib. SİA-nın verdiyi məlumata görə, rayon sakini Füzuli Əsgərov Dəstəfur kəndi ərazisindəki meşə zolağında ağac kəsərkən ağac onun üstünə aşıb. O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə