Ombudsmanın Milli Preventiv Mexanizm (MPM) qrupunun üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə (CÇM) uzunmüddətli (iki günlük) başçəkmə həyata keçiriblər. SİA-nın xəbərinə görə, məqsəd həmin qrupun 17 saylı CÇM-ə əvvəlki başçəkmələr zamanı müəssisə rəhbərliyinə verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması, məhkumlarla rəftarın və saxlanma şəraitinin yoxlanması, eyni zamanda CÇM-də saxlanılan şəxslərin qəbul edilməsi olub.
Qeyd edilməlidir ki, 2011-ci ilin sentyabr ayında müəssisəyə başçəkmənin nəticəsi ilə bağlı ombudsmanın ədliyyə nazirinə müraciətindən sonra bir çox məsələlərin öz həllini tapdığı müəyyən edilib. Növbəti başçəkmə zamanı müəssisədə 60-dək məhkum təklikdə qəbul edilib və onlarla söhbət zamanı pis rəftara məruz qalma hallarının, demək olar ki, aradan qaldırıldığı müəyyənləşdirilib. Qəbul edilərək söhbət aparılan şəxslər sırasında Arif Alışlı, Nemət Pənahlı və Elnur Məcidli də olub.
Bundan başqa, müəssisədə məhkumlara il ərzində xüsusi vasitələrin tətbiq edilməməsi, ümumilikdə sanitar-gigiyenik qaydalara riayət olunması, yeməyin keyfiyyəti, yeni yaradılan istehsalat sahəsi müsbət qiymətləndirilib. Eyni zamanda, şəraitin və tibbi xidmətin daha da təkmilləşdirilməsi ilə bağlı ədliyyə nazirinə təkliflər göndərilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB