ABŞ-ın elmi-publisistik jurnalı "Natural History" (Təbiət tarixi) Xəzər dənizi barədə geniş məqalə dərc edib. SİA-nın xəbərinə görə, Azərbaycan, Rusiya, Qazaxıstan və digər ölkələrin alimlərinin elmi tədqiqatları əsasında yazılmış məqalə "Xəzər dənizinin taleyi" adlanır.
Yazıda dənizin yaranma tarixi, fauna və florası təsvir edilir, ətraf mühitinin problemləri izah olunur. Xəzərin səviyyəsinin enmə səbəbləri, o cümlədən qlobal iqlim dəyişmələri və digər ekoloji təhlükələr barədə faktlar materialın xüsusi diqqət çəkən məqamlarındandır.
Məqalədə Azərbaycanın qeyd olunan problemlərlə gərgin mübarizəsi və bu istiqamətdə möhtərəm prezident İlham Əliyevin imzalamış olduğu mühüm sənədlər, görülmüş konkret tədbirlər də geniş yer alıb. AMEA-nın vitse-prezidenti, Geologiya İnstitutunun direktoru akademik Akif Əlizadənin təşəbbüsündən sonra "Xəzər Elmi Tədqiqat Mərkəzi"nin yaradılması ilə bağlı Prezident sərəncamının imzalanması materialda xüsusi vurğulanır.
Jurnalın üz qabığı Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinin ikinci sinif şagirdi Aydan Qocayevanın Xəzərə aid çəkdiyi rəsmdən hazırlanıb. Uşaq təfəkkürünün məhsulu olan şəkildə Xəzərin problemləri ilə mübarizə yolu dənizə təmiz su daşımaqla təsvir edilir. Məqalənin müəllifi Geologiya İnstitutunun mətbuat katibi, elmi jurnalist Səid Hüseynovdur.
Qeyd edək ki, bu, Geologiya İnstitutunun "Natural History" jurnalında ikinci məqaləsidir. Bundan əvvəlki 2011-ci ildə Binəqədi fauna və flora Dördüncü dövr qəbiristanlığı barədə dərc olunub.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB