Gözdən əlil insanlar üçün yeni eynək hazırlanıb

Gözdən əlil insanlar üçün yeni eynək hazırlanıb

Gözdən əlil insanların görməsi üçün yeni eynək hazırlanıb. SİA-nın verdiyi məlumata görə, yeni eynəklər Yaponiyanın ən böyük mobil operatorlarından biri "NTT" şirkəti tərəfindən hazırlanıb. Belə eynəklərin artıq ən yaxın illərdə satışa çıxarılması gözlənilir.

Yeni ixtira internetə simsiz şəbəkə üzrə qoşulur. Qurğuya quraşdırılmış kiçik kameralar çəkilmiş şəkli analiz üçün xüsusi serverə göndərir. Bundan sonra eynək lazımi informasiyanı sahibinə şifahi çatdırır.

Bütün xəbərlər Facebook səhifəmizdə