London Olimpiyadasında iştirak edəcək idmançılarımızın geyimlərinin dizaynı təqdim edilib - FOTO

London Olimpiyadasında iştirak edəcək idmançılarımızın geyimlərinin dizaynı təqdim edilib - FOTO

Dünya şöhrətli İtaliya modelyeri Ermanno Şervino 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya Oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edib. SİA-nın məlumatına görə, təqdimetmə ilə bağlı mərasimdə Şervinonun adını daşıyan moda evinin rəhbəri Toni Şervinon bildirib ki, kostyumlar İtaliyada çox yüksək keyfiyyətlə hazırlanıb. O qeyd edib ki, moda evi həm bədənin nəfəs alması üçün ideal səviyyədə hazırlanacaq həm qlamur stili ilə seçiləcək. "Paltarların tikilməsi zamanı əsas fikiri keyfiyyətə vermişik, çünki Azərbaycan tərəfi bizim qarşımızda çox yüksək şərtlər qoyub".

O qeyd edib ki, Rusiya komandasının 2008-ci ildə Olimpiya komandasının formasını hazırlayıb. Onun sözlərinə görə, mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, gerbi, bir sözlə, milli atributları yüksək səviyyədə əks olunub. Dizayner azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.

Şervino Azərbaycanın paytaxtı ilə tanış olduğunu və Bakı şəhərində hazırda heç Avropada olmayan dinamizm hiss olunduğunu deyib.

Qeyd edək ki, 2012-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların formalarının dizaynı üçün elan etdiyi tenderdə Rusiya, Slovenya, İsveçrə və İtaliya arasında qalib Ermanno Şervino olub.

Ermanno Şervino 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başlayıb. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib. Moda dünyasının incəliklərini öyrənən modelyer ilk günlərdən dəb aləminin diqqətini cəlb edib. Modelyerin yeni, qeyri-adi modelləri ilk andan zövqlü italiyalı xanımların böyük marağına səbəb oldu.

Dizayner Ermano Şervino və moda evinin rəhbəri Toni Şervinonun istedadını bir araya gətirən \"Ermanno Scervino\" şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Müasir və cəlbedici yaradıcılıq işləri ilə şirkət qısa zamanda nəinki İtaliya, eyni zamanda dünya moda arenasında böyük nüfuz qazanmış oldu. \"Ermanno Scervino\"nun İspaniya, ABŞ, Böyük Britaniya, Rusiya, İsveçrə, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Yaponiyada butikləri fəaliyyət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə