Azərbaycan ilə Aİ arasında danışıqlar martın 1-də başlayacaq

Azərbaycan ilə Aİ arasında danışıqlar martın 1-də başlayacaq
ropa İttifaqının (Aİ) Azərbaycan nümayəndəliyindən verilən məlumata görə, martın 1-2-də Aİ-nin missiyası Azərbaycanla Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya sazişləri ətrafında danışıqlara rəsmən başlamaq üçün Azərbaycana səfər edəcək. Missiyaya Aİ-nin Beynəlxalq əlaqələr şöbəsinin rəhbər müavini Rob Rozenburq və Viza siyasəti bölməsinin rəhbər müavini Diederik Paalman həmsədrlik edəcəklər.\"2009-cu ildə Şərq Tərəfdaşlığı təşəbbüsünü başlamaqla biz Aİ və onun Şərq qonşuları arasındakı əlaqələri hədəfə almışıq. İndi Azərbaycanla viza rejimi ətrafında danışıqlara başladıqda bu təşəbbüsün bəhrəsini görürük. Viza rejiminin sadələşdirilməsi Aİ və Azərbaycanda insanlar arasında daha çox əlaqələrin qurulması, mübadilə və biznes imkanlarının artırılması məqsədini güdür. Bu, sadəcə olaraq insanlar üçün mobilliyin artması deməkdir. Aİ və Azərbaycanın vətəndaşları bunu səbirsizliklə gözləyir\", - Aİ-nın Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Jerom Pons deyib.


İlkin Nəcəfov

Bütün xəbərlər Facebook səhifəmizdə