Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) Dövlət qulluğuna kadrların seçilməsi şöbəsinin müdir müavini Rauf Məcidbəylinin rəhbərlik etdiyi Azərbaycanın 5 dövlət orqanını təmsil edən nümayəndə heyəti Türkiyəyə yola düşüb. SİA-nın xəbərinə görə, nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri daxildir. Səfər martın 2-nə qədər davam edəcək.
Qeyd edək ki, Fəaliyyət Proqramına əsasən Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin, Ətraf Mühit və Şəhərsalma Nazirliyinin, Dövlət Kadrlar İdarəsinin, Dini İşlər İdarəsinin və Elmi-Texnoloji Araşdırma Qurumunun nümayəndələri 31 oktyabr–4 noyabr tarixlərdə Azərbaycana səfər ediblər.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB