Böyük Britaniya və Şimali İrlandiya universitetlərində Xocalı soyqırımı anılıb
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Lids Universitetində təhsil alan bir qrup azərbaycanlı tələbə tərəfindən həmin universitetdə Xocalı soyqırımının 20 illiyi il əbağlı "Azərbaycanı tanıyaq" adlı tədbir təşkil edilib. SİA-nın xəbərinə görə, Azərbaycanın tarixi, mədəniyyəti, nailiyyətləri, eləcə də problemləri, Ermənistan tərəfindən məruz qaldığı təcavüz, işğalçılıq siyasətinin ətraflı işıqlandırılmasına xidmət edən tədbirə Birləşmiş Krallıqla yanaşı, müxtəlif qitə ölkələrinin vətəndaşları da qatılıblar.
Tədbiri giriş sözü ilə açan Rəvan Səmədov çoxmillətli auditoriyanı zəngin tarixi-mədəni ənənələri olan, şərq və qərb dəyərlərinin kəsişdiyi, çoxsaylı milli-etnik qrupların vətəni, sülh mədəniyyəti və tolerantlıq nümunəsi olan ölkəni yaxından tanımağa və sevməyə, eləcə də üzləşdiyi Erməni təcavüzü, Xocalı soyqırımı barədə məlumatlı olmağa çağırıb. Eləcə də "Eurovision-2012" mahnı müsabiqəsinin Bakı şəhərində keçiriləcəyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qoşqar Qurbanlı "Azərbaycan tarixi" adlı təqdimatında Azərbaycanın ən qədim dövrlərdən bu günədək keçdiyi mürəkkəb yolu işıqlandırıb, coğrafi mövqeyi və zəngin təbii ehtiyatlarına görə daim böyük imperiyaların maraqlarında olduğundan işğallarla üzləşməsi, müxtəlif beynəlxalq və regional təşkilatların işində uğurlu iştirakı, habelə regionda lider dövlətə çevrilməsi kimi məsələləri qeyd edib. "Qarabağ həqiqətləri" mövzusunda çıxış edən Elvin Balacanov Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu sübut edən tarixi faktlara toxunaraq ermənilərin illər boyu Azərbaycan torpaqarına olan ərazi iddiaları, Ermənistan Respublikasının 20-ci əsrin sonlarında yeritdiyi işğalçılıq siyasəti, işğalın miqyası, fəsadları, işğal zamanı törədilmiş beynəlxalq cinayətlər haqda məlumat verərək, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə indiyədək məhəl qoyulmadığını xüsusi vurğulayıb.
Cahangir Cəfərov və Tural Hüseynov "Soyqırımlara son" adlı təqdimatlarında Xocalı soyqırımının tarixi, 20 il öncə dinc əhaliyə qarşı törədilmiş misilsiz vəhşiliklər və acı nəticələri, ötən əsrin insanlıq əleyhinə olan ən ağır, amansız cinayətləri ilə müqayisəyə gələcək Xocalı soyqırımında təqsirli olanların şəxsiyyəti barədə tutarlı faktlarla məlumat veriblər.
Lidsdə təhsil alan azərbaycanlı tələbələr, həmçinin Londonda təşkil olunan, Trafalqar Meydanından başlayaraq Parlament Binasınadək davam edən "Xocalı – 20-ci ildönüm" adlı yürüş-mitinqə qatılıblar.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB