Dəmir yolunda sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Sərnişin daşımaları Departamenti bir sıra tədbirlər həyata keçirir. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən SİA-ya verilən məlumata görə, nəğdsiz ödənişi həyata keçirmək üçün hazırlıq işləri başa çatıb, bilet kassalarında Pos-terminallar quraşdırılıb, bilet kassirlərinin texnoloji prosesi mənimsəməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Bu il martın 1-dən Bakı-sərnişin stansiyasında gediş sənədlərinin (biletlərinin) dəyərinin plastik kartlardan istifadə etməklə bilet kassalarında quraşdırılmış pos-terminallar vasitəsilə nəğdsiz ödənişi tətbiq ediləcək. Fevral ayının 28-də "Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin Daşımaları Departamenti və "Azərikard" MMC-nin mütəxəssisləri Bakı-sərnişin stansiyasında bilet kassirləri ilə yekun təlimləri keçirəcək. Bütün bunlar sərnişinlərə göstərilən mədəni xidmətin səviyyəsinin daha da yüksəldilməsinə hesablanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB