Əli Əhmədov: "Xocalı soyqırımını tanımağa hazır olan ölkələrin sayı artacaq"

Əli Əhmədov: "Xocalı soyqırımını tanımağa hazır olan ölkələrin sayı artacaq"
Dünya ictimaiyyətinin Xocalı soyqırımına biganəliyinin buzu artıq sınmaqdadır. SİA-nın xəbərinə görə, bunu bazar ertəsi jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib."Xocalı soyqırımının 20 illiyi ilə bağlı geniş tədbirlərin keçirilməsi dünya ictimaiyyətinin Azərbaycanda ermənilər tərəfindən vəhşicəsinə törədilmiş Xocalı soyqırımının tanıdılması istiqamətində atılan ən əhəmiyyətli addımlardandır", - o deyib. Əhmədov qeyd edib ki, uzun illər dünya ictimaiyyətinin bu soyqırıma biganəliyini müşahidə edilirdi və Azərbaycan hökuməti, dünyanın ayrıayrı yerlərində yaşayan Azərbaycanlıların, Türkiyənin birgə göstərdiyi səyləri nəticəsində bu biganəliyin buzu artıq sınmaqdadır."Bakıda, Taksim meydanında düzənlənən yürüşlər, istər dünyanın ayrı-ayrı ölkələrində təşkil olunan tədbirlər Xocalı soyqırımınınartıq dünya ictimaiyyətinn diqqətinin mərkəzinə gətirilməyindən xəbər verir", - YAP-ın sədr müavini deyib. O dünyanın iki ölkəsinin Xocalı soyqırırmını parlamentdə qəbul ediblər və inanıram ki, bu il keçirilən əzəmətli tədbirlər nəticəsində Xocalı soyqırımını tanımağa hazır olan ölkələrin sayı artacaq."Xocalı soyqırımının ildönümü ilə bağlın keçirilən tədbirlər Türkiyə və Azərbaycan birliyinin və qardaşlığının möhtəşəm nümayişinə çevrildi", - Əhmədov vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə