Azərbaycan ATƏT-i Minsk qrupu ilə bağlı bəyanat verməyə çağırır

Azərbaycan ATƏT-i Minsk qrupu ilə bağlı bəyanat verməyə çağırır
"Minsk qrupunun həmsədri Fransanın addımları bunu deməyə əsas verir ki, Fransa tərəfsiz vasitəçilik missiyasını yerinə yetirməyə hazır deyil. Minsk qrupunu yaratmış ATƏT Fransanın həmsədr kimi attığı addıma öz qiymətini verməlidir", - SİA-nın məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib.O deyib ki, ATƏT-in bu məsələ ilə əlaqədar bəyanatı olmalıdır ki, Fransa Minsk qrupunun həmsədrlərindən biri kimi açıqcasına Ermənistanın müdafiəçisi rolunu öz üzərinə götürəndən sonra Ermənistanla Azərbaycan arasında münaqişənin həll olunmasında ədalətli vasitəçi rolunu necə yerinə yetirəcək? "ATƏT bu problemin həlli üçün nə tövsiyə etdiyini bildirməlidir", - o vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə