Böyük Britaniyadakı azərbaycanlıların təşəbbüsü ilə dinc yürüş keçirilib-FOTOSESSİYA

Böyük Britaniyadakı azərbaycanlıların təşəbbüsü ilə dinc yürüş keçirilib-FOTOSESSİYA

Londonun mərkəzində "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Böyük Britaniyadakı azərbaycanlıların təşəbbüsü ilə dinc yürüş keçirilib. SİA-nın xəbərinə görə, ölkənin bir sıra şəhərlərindən paytaxt Londona toplaşmış yüzlərlə həmyerlimiz mərkəzi Trafalqar meydanında toplaşaraq, Britaniya Parlamentinin qarşısına qədər yürüş keçiriblər. Yürüş zamanı iştirakçılar Xocalı faciəsini əks etdirən köynəklər geyinib, faciəyə dair çoxsaylı təbliğat-məlumat vasitələri şəhər ictimaiyyətinə paylanıb. Yürüş iştirakçıları "Xocalıya ədalət!", "Xocalını törədənlər cəzalandırılsın!", "Dünya Xocalıya laqeyd qalma!" kimi şüarlar səsləndiriblər.

Bununla yanaşı, ölkənin Lids, Ekseter, Aberdin, Kardif kimi şəhərlərində yaşayan həmyerlilərimiz və azərbaycanlı tələbələrin iştirakı ilə Xocalı faciəsinə dair anma tədbirləri və dinc aksiyalar keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə