Bu günlərdə XVI respublika elmi konfransının xüsusi diplomçusu, " Muğan-Media" Beynəlxalq mükafatı laureatı, teatrşünas Anar Bürcəliyevin " Qoşa qanad" adlı monoqrafiyası işıq üzü görüb. SİA-nın xəbərinə görə, kitab "Aspoliqraf " nəşriyyatı tərəfindən çap edilib. Kitab Respublikanın əməkdar incəsənət xadimi, " Qızıl dərviş " mükafatı lauretı, rejissor Vaqif Şərifov və Respublikanın əməkdar artisti Simuzər Namazovanın həyat və fəaliyyətinə həsr olunub. Rejissor sənəti və aktyor yaradıcılığının ən maraqlı detalları ilə qaynaqlanan bu kitab Azərbaycan teatr sənəti haqqında gələcək tədqiqatlar üçün əhəmiyyətli bir mənbədir. Müəllifin "Qoşa qanad" adlı monoqrafiyalarının yazılması və işıq üzü görməsi bir tərəfdən Ümumazərbaycan teatr tarixinin tədqiqinə bir mənbə ola biləcəksə, digər tərəfdən də gənc aktyor və rejissorların əsər, obraz üzərində işləmələri yollarının öyrənilməsi baxımından daha qiymətlidir.
Xatırladaq ki, teatrşünas Anar Bürcəliyev bundan öncə " Əsl el adamı ", " Səhnə həyat nurumdur ", " Azərbaycan kinosunun tarixi və inkişafı " adlı monoqrafiyalarının müəllifidir. O, həmçinin Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB