Dünya şöhrətli modelyer Ermanno Scervinonu Azərbaycan idmançıları ilə əlaqələndirən nədir?

Dünya şöhrətli modelyer Ermanno Scervinonu Azərbaycan idmançıları ilə əlaqələndirən nədir?

Dünya şöhrətli italyanlı modelyer Ermanno Scervino (Şervino) 2012-ci ildə Londonda keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək azərbaycanlı idmançıların geyimlərinin dizaynını təqdim edəcək. SİA-nın xəbərinə görə, bunun üçün dünya şöhrətli modelyer Ermanno Scervinonun adını daşıyan moda evinin rəhbəri Toni Scervinonun 27 fevral tarixində Bakıya səfəri başlayır.

Məşhur dizayner Ermanno Scervino ilə əməkdaşlıq 2011-ci ildən başlayıb. Məhz 2012-ci ildə Londonda keçiriləcək Olimpiya oyunlarında ölkəmizi təmsil edəcək idmançıların formalarının dizaynı üçün Azərbaycan tərəfindən tender elan edilib. Rusiya, Slovenya, İsveçrə və İtaliya arasında keçirilən tenderin qalibi italyanlı, adı ilə moda aləmində böyük imzası olan Ermanno Scervino olub. Dizayner azərbaycanın milli elementlərini hər bir geyimdə yüksək səviyyədə göstərməklə bərabər, eyni zamanda onları daha maraqlı və özünəməxsus şəkildə ifadə etməyi bacarıb.

Mərasim, idman və gündəlik geyimlərlə bərabər, aksessuarlarda da Azərbaycanın bayrağı, herbi, bir sözlə milli atributlarıyüksək səviyyədə əks olunub. Modelyerin fəaliyyətinə gəldikdə isə, Ermanno Scervino dünya şöhrətli İtlayan firmaları, korifey modelyerlər, Haute couturelaolan iş birliyindən sonra ciddi olaraq 1999-cu ildə öz şəxsi brendinin tanıtımı ilə məşğul olmağa başlayıb. Modelyer müəyyən müddət Paris şəhərində yaşayaraq rəssam modelyer sənətinin sirlərinə yiyələnib.

Moda dünyasının incəlikərini öyrənən modelyer ilk günlərdən dəb aləminin diqqətini cəlb edib. Modelyerin yeni, qeyri adi modelləri ilk andan zövqlü İtalyan xanımlarının böyük marağına səbəb olub.

Dizayner Ermano Scervino və moda evinin rəhbəri Toni Scervinonun istedadını bir araya gətirən Ermanno Scervino şirkəti 2000-ci ildən fəaliyyət göstərir. Müasir və cəlbedici yaradıcılıq işləri ilə şirkət qısa zamanda nəinki İtaliya, eyni zamanda, dünya moda arenasında böyük nüfuz qazanmış olub. Şirkətin baş ofisi 2007-ci ildə Florensiya yaxınlığındakı Qrassina şəhərində, növbəti ofis isə 2008-ci ildə Milanda açılıb.

Bu gün Ermanno Scervinonun İspaniya, ABŞ, Böyük Britaniya, Rusiya, İsveçrə, Portuqaliya, Almaniya, İtaliya, Fransa, Yaponiyada butikləri fəaliyyət göstərir. "Made in İtaly" dizaynerin hər bir yeni ideyasının dərinliyinə hopmuş bir reallıqdır. Dünya şöhrətli rejissor Dzefirellinin "Mussolini ilə çay" filmində çəkilən müğənni Şer üçün məhz Ermanno Scervino kostyumlar tikib. Ermanno Scervinonun ideal qadın obrazı bir qədər Keyt Mossa, eyni zamanda ekstravaqant, heç bir çətinlikdən qorxmayan Ancelina Culiyə bənzəyir.

Stilist hər zaman belə söyləyir: "Qadınlar geyimin qurbanları olmamalıdırlar". Onun hər bir ideyasında intellektual, zəngin dünya görüşünə malik, zövqlü qadın dayanır. Ermanno Scervinno moda evinin rəhbəri Toni Scervinnonun Azərbaycana səfəri 28 fevral tarixində sona yetir.

Bütün xəbərlər Facebook səhifəmizdə