Xocalı soyqırımı Hollandiyada da qeyd olundu

Xocalı soyqırımı Hollandiyada da qeyd olundu

Xocalı soyqırımı Hollandiyada da qeyd olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə Amsterdam Yəhudi Tarixi Soyqırımı Muzeyində Xocalı soyqırımının 20 illiyinə həsr olunan keçirilib. Tədbirdə Benilüks ölkələrində fəaliyyət göstərən Azərbaycan, türk, yəhudi, rus və digər diaspor təşkilatlarının rəhbərləri, bu ölkələrdəki siyasi partiyaların nümayəndələri, əyalət millət vəkilləri və Azərbaycanın Niderlanddakı diplomatları iştirak ediblər. Tədbirdə Vahid Mustafayevin "Yaddaş" filminin təqdimatı və "Azərbaycanlı uşaqlar soyqırımı və müharibəyə qarşı" adlı rəsm müsabiqəsi keçirilib. Tədbirdə çıxış edənlər Xocalı faciəsini XX əsrin görünməmiş dəhşətli soyqırımı, ermənilərin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə adlandırıb, Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi və hüquqi qiymət verməsinin vaxtının gəlib çatdığını vurğulayıblar. Azərbaycanın Hollandiyadakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov bildirib ki, Azərbaycan xalqının əsas məqsədi Ermənistanın təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaqdır. BAK-ın sədri Sahil Qasımov isə prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qarşıda duran bütün vəzifələrin öhdəsindən layiqincə gələcəyini vurğulayıb.


Bütün xəbərlər Facebook səhifəmizdə