Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb. Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 120-220, Kiçik Qafqazın çaylarında 140-150, Lənkəran-Astara bölgəsi çaylarında 50-90, Naxçıvan MR çaylarında isə normanın 20-25 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 143 m3/s, ongünlük normanın 74 faizini təşkil edir (2011-ci ildə 155 m3/s olmaqla 80 faizini təşkil edirdi). Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 72,0 m3/san olmaqla, ongünlük normanın 94 faizini təşkil edir (2011-ci ildə 78,0 m3/s olmaqla 102 faizini təşkil edirdi). Hazırda Surra məntəqəsində suyun səviyyəsi 638 sm (2011-ci il fevralın 27-də 616 sm), Şirvanda 522 sm (2011-ci il fevralın 27-də 500 sm ), Bankədə 338 sm (2011-ci il fevralın 27-də 341 sm), Araz çayının Novruzlu məntəqəsində isə 330 sm (2011-ci il fevralın 27-də 340 sm) təşkil edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB