Göygöldə Xocalı soyqırımı qurbanları anılıb

Göygöldə Xocalı soyqırımı qurbanları anılıb

Göygöl rayonunda YAP Göygöl rayon təşkilatının rayon İcra Hakimiyyəti ilə birlikdə hazırladığı Xocalı soyqırımının 20-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

SİA-nın xəbərinə görə, rayon ziyalılarından və gənclərdən ibarət 400 nəfərin iştirak etdiyi tədbirdə saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nitqlər söylənilib, erməni vandalizminin törətdikləri vəhşiliklər açıqlanıb və erməni məkri ifşa edilib.

Tədbirin sonunda şəhər ümumtəhsil məktəblilərinin hazırladığı Xocalı soyqırımına aid əbədi bədii kompozisiyaya baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə