Nazim İbrahimov: “Dünya Azərbaycanlı Gəncləri Birliyinin yaradılması Azərbaycanın tanıdılmasında gənclərin rolunu daha yüksəldəcək”
Bakı şəhərində Dünya Azərbaycanlı Gəncləri Birliyinin (DAGB) təsis qurultayının keçirilməsi diaspor quruculuğunun tərkib hissəsidir. Bunu SİA-ya açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. O bildirib ki, dünya azərbaycanlı gənclərinin ümumi və ortaq birliyinin yaradılması məsələsi bir neçə ildir var. N.İbrahimovun sözlərinə görə, martın 12-də Bakıda keçiriləcək həmin qurultayda Dünya Azərbaycanlı Gəncləri Birliyi təsis olunacaq.
"Hesab edirik ki, dünyada yaşayan azərbaycanlı gənclərin belə mütəşəkkil şəkildə birləşməsi gələcəkdə Azərbaycanın tanıdılması, haqq səsinin çatdırılmasında gənclərin rolunu daha yüksəldəcək. Belə birliklər bu səsin daha geniş yayılmasına kömək edir", - deyə o əlavə edib.
Bu birlikdə hansı ölkələrdə olan gənclərin toplanacağına gəlincə, komitə sədri qeyd edib ki, bu birliyə dünyanın əksəriyyət ölkələrindən gənclər cəlb olunacaq. Onun sözlərinə görə, dünyanın hər bir ölkəsində yaşayan azərbaycanlı gənclər cəlb edilib və onlar konfransda iştirak etmək üçün dəvət olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB