Dağıstanda "Mozdok - Kazimaqomed" qaz kəmərində qəza baş verib. "RİA Novosti"nin verdiyi məlumata görə, qəza nəticəsində 26 min ailənin qaz təchizatı dayandırılıb. Respublika Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi mətbuat açıqlamasında bildirib ki, qəza nəticəsində, əsasən, ölkənin Kizilyurd və Xasavyurt rayonları qazsız qalıb.
Mətbuat rəsmisi qəzanın bu səhər aradan qaldırılacağını qeyd edib. Onun sözlərinə görə, qəzanın baş verməsinə səbəb yaxınlıqda partladılan mina qurğusu ola bilər. Lakin hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma aparılacağı bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB