İstanbulun "Taksim" meydanında Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş aksiya başa çatıb. Aksiyanın sonunda qətnamə oxunub. Qətnamədə 1992-ci il fevralın 26-da ermənilərin Azərbaycanın Xocalı şəhərində soyqırımı törədikləri vurğulanıb. Qeyd olunub ki, soyqırımını həyata keçirənlər tezliklə beynəlxalq hüquq normalarına uyğun cavab verməlidirlər. Bu kimi hadisələrin bir daha yaşanmaması üçün Xocalı soyqırımını həyata keçirənlərin cavab verməsinin vacibliyi bildirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB