Xocalı soyqırımı ilə baglı İstanbulun mərkəzində izdihamlı aksiya başlayıb
Emənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımının 20 illiyi münasibətilə İstanbulun mərkəzində izdihamlı aksiya başlayıb. Qalatasaray" liseyinin qarşısından başlayan yürüş "Taksim" meydanında "Hamımız xocalılıyıq" mitinqi ilə bitəcək. Əllərində Azərbaycan və Türkiyənin dövlət bayraqlarını, soyqırımını pisləyən, Xocalıda qətliam törədənləri və onları dəstəkləyənləri, indiyədək Xocalı soyqırımına lazımi hüquqi qiymət verməyən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalına göz yuman beynəlxalq təşkilatları və dünyada söz sahibi olan ölkələri qınayan ifadələr yazılmış plakatlar tutan insanlar müxtəlif şüarlar səsləndirirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB