Hikmət Babaoğlu: “Azərbaycan xalqı mütəşəkkil şəkildə meydanlara çıxmaqla bir daha onu göstərdi ki, bu soyqırımı törədənlər cəzasız qalmayacaq”

Hikmət Babaoğlu: “Azərbaycan xalqı mütəşəkkil şəkildə meydanlara çıxmaqla bir daha onu göstərdi ki, bu soyqırımı törədənlər cəzasız qalmayacaq”

"Bu gün Azərbyacan xalqına qarşı törədilmiş soyqırım günüdür. Bu gün Azərbaycan xalqı mütəşəkkil şəkildə meydanlara çıxmaqla bir daha onu göstərdi ki, bu soyqırımı törədənlər cəzasız qalmayacaq, onlar mütləq cəzalarını alacaqlar". Bunu SİA-ya açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib. O bildirib ki, bu gün keçirilən yürüş birlik, möhtəşəmlik, vəhdət Azərbaycan hakimiyyəti, dövləti ilə xalqın birliyini bir daha nümayiş etdirdi.

"Əminəm ki, bu birlik davam etdikcə mütləq Xocalı soyqırımının qısasını alacağıq. Eyni zamanda, bu matəm yürüşü bütün dünyaya, beynəlxalq təşkilatlara bir mesaj idi ki, Xocalı soyqırımı kiməsə qarşı deyil, məhz bizə qarşı törədilib. Qoy bütün dünya bundan dərs götürsün. Əgər bu məsələ Fransa senatında müzakirə olunrusa, qoy görsünlər ki, əsl soyqırım necədir və hansı xalqa qarşı törədilib", - deyə H. Babaoğlu əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə