Sinan Oğan: \"Xocalını Hama və Humus ilə bir tutmaq anlayışı orada yaşanan vəhşiliyi soyqırım olaraq tanıtma cəhdlərimizi zəiflədər\"
\"Uzun bir müddətdən bəri Xocalıda yaşanan insanlıq faciəsini soyqırım olaraq tanıtmaq üçün səylər göstərilir. Bunu edərkən isə bütün siyasi şəxsiyyətlərimizi və davranışlarımızı bir kənara qoyaraq yalnız Xocalı soyqırımını ön plana çıxarmağa çalışmaqdayıq\". SİA-nın xəbərinə görə, bu fikirlər Türkiyə millət vəkili Sinan Oğanın Xocalı ilə bağlı mətbuata açıqlamasında deyilir. açıqlamada bildirilir ki, bu hadisələrin soyqırım olaraq tanıdılması üçün əhəmiyyətli bir məsafə qət edilib və fərdi səylər nəticəsində ilk dəfə Türkiyə Böyük Millət Məclisində bir qərar alınıb.
\"İndi baxırıq ki, Xoalı soyqırımı Ərəb baharı və Suriyadakı qarşıdurmalarla ekvivalent tutulur. Bu səhvdir. Biz bütün imkanlarımızla Taksim mitinqinə insanların gəlməsi üçün çağırış edirik.Ancaq Xocalı mövzusu təəssüf ki, başqa sahələrə çəkilmək istənir. 26 fevral Taksimdə keçiriləcək Xocalı mitinqi ilə əlaqədar olaraq bu işi təşkil edənlər bir çox qəzetə elanlar verib. Xocalı Soyqırımı bu elanlarda Suriyanın Hama və Humus şəhərindəki iç üsyanla ekvivalent tutulub, eyni çərçivə içərisinə qoyulub. Bu qəbul və anlayış son dərəcə səhvdir. Xocalıda Ermənistan Azərbaycan torpaqlarını işğal edib və vəhşicəsinə bir soyqırım edib. Digərində isə daxili qarşıdurma olub və orada da bir çox insan ölüb.
Xocalını Hama və Humus ilə bir tutmaq anlayışı orada yaşanan vəhşiliyi soyqırım olaraq tanıtma cəhdlərimizi zəiflədər. Bu anlayış Azərbaycana bəzi seqmentlərin sabah oyunlar oynamasına səbəb olar. Eyni zamanda, bu anlayış Azərbaycanın mövcud siyasət və vəziyyətinə də tərsdir. Bu elanı verənlər ya mövzunu bilmirlər ya da...\"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB