\"New York Times\" və \"Washington Post\" qəzetlərinin səhifələri Xocalı soyqırımına həsr olunub
Azərbaycan Amerika Alyansının (AAA) Xocalı soyqırımı ilə bağlı keçirdiyi kampaniya çərçivəsində bu gün dünyanın nüfuzlu \"New York Times\" və \"Washington Post\" qəzetlərinin bütöv bir səhifəsi Xocalı soyqırımına həsr olunub. Bu iki qəzetin ümumi tirajı 3 milyon ədəddir.
Alyansdan SİA-ya verilən məlumata görə, həmçinin, \"Washington Post\", \"New York Times\" və \"Politico\" dərgilərinin internet səhifələrində 1 həftə müddətində Xocalı soyqırımı ilə bağlı \"pop-up\" yerləşdirilib. Təkcə bu \"pop-up\" vasitəsilə bu saytları ziyarət edən 10 milyona yaxın insana Xocalı həqiqətləri çatdırılacaq. Bundan başqa, ABŞ-ın məhşur və ən çox izləyici auditoriyası olan kanallarından biri CNN adıçəkilən kampaniya haqqında bir neçə dəqiqəlik reportaj hazırlayıb.
\"New York Times\" və CNN-də gedən materiallarda 20 il öncə azərbaycanlıların məruz qaldığı bu dünyamiqyaslı cinayət haqqında oxuculara məlumat verilir. Eyni zamanda, bu ədalətsizliyə biganə qalmamaq və Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün dəstək olmağa, ABŞ Prezidenti və konqresmenlərinə \"Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ-ın xarici siyasətində yüksək prioritetə malik olmalıdır\" adlı məktub göndərmək cağırışı edilir. Bunun üçün AAA-nın saytında yaradılmış xüsusi bölməyə daxil olmaq lazımdır. Saytda, həmçinin Xocalı hadisələri ilə bağlı geniş məlumatlar öz əksini tapır.
AAA-nın Xocalı soyqırımının 20 illiyi münasibətilə ABŞ-da həyata keçirdiyi kampaniya ümumilikdə 100 milyonlarla insanı əhatə edir və silsilə tədbirlərdən ibarətdir. Kampaniya çərçivəsində Nyu York və Vaşinqtonun mərkəzi küçə, vağzal və metrostansiyalarında poster və bannerlər yerləşdirilib.
Nyu York şəhərinin ən böyük dəmiryol vağzalı olan Penn Station-da, vağzalın giriş və çıxış qapıları və müxtəlif köşələrində, o cümlədən metrostansiyalarında xüsusi posterlər yerləşdirilib. Həmçinin, avtobus dayanacaqlarında və avtobusların üzərində bannerlər yerləşdirilib. Vaşinqton şəhərində 400-dən çox metro qatarlarında, o cümlədən 95 metrostansiyada, Capitol Hill-ə gedən avtobuslarda posterlər yerləşdirilib. Yalnız bu tədbirlərlə kampaniya müddətində ən azı 50 milyondan artıq insanın bu poster və bannerləri görməsi gözlənilir.
\"Bildiyimiz kimi, bu il Xocalı soyqırımının 20-ci ildönümüdür. Artıq o dəhşətli qətliamdan uzun zaman keçsə də, Azərbaycan xalqı ağrılı gününü heç vaxt unutmayacaq. Azərbaycan Amerika Alyansı təsis olunarkən qarşısına qoyduğu əsas hədəflərdən biri də elə azərbaycançılıq, əxlaqi dəyərlərimizi, tariximizi yaymaq və dünyaya çatdırmaqdır. Məhz Xocalı həqiqətlərini, azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycan Amerika Alyansı bu kampaniyaya başlayıb. Dünyanın aparıcı KİV-ləri vasitəsilə biz milyonlarla amerikalıya 20 il öncə Xocalıda baş verənləri catdırırıq\", - AAA-nın təsisçisi Anar Məmmədov Xocalı soyqırımı ilə əlaqədar ABŞ-da keçirilən kampaniyanı şərh edərkən bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 20:05Ölümcül yük altında yatmaq...
Sosial 19:51ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 18:49İnsanı inandırmağın yeddi yolu..?
Sosial 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 17:52Kobaxidze Ermənistana səfər edib
Dünya 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 17:02Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 16:34Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 16:20Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 14:50Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 14:35“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 14:03Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 13:55"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 13:46BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 13:20Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 12:51Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 12:44SOMDA xidmətə qəbulla əlaqədar müsabiqə elan edir...
Sosial 11:51Bakıda kəlağayı ilə milli irs yürüşü keçirilib - REPORTAJ
Mədəniyyət 10:55Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:45Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%



