Ankarada Xocalı Soyqırımı qurbanları xatirəsinə həsr olunmuş parkın təməli atılıb

Ankarada Xocalı Soyqırımı qurbanları xatirəsinə həsr olunmuş parkın təməli atılıb

Bu gün Azərbaycanın Ankaradakı Səfirliyi, Azərbaycan Gənclik Təşəbbüsləri İctimai Birliyi və Kızılcahamam Bələdiyyəsi rəhbərliyinin təşkilatçılığı ilə Akçay məhəlləsi, Krım prospektinin Asiya yolu üzərindəki sahədə "Hocalı Anıt Parkı" adlı parkın bünövrəsinin qoyulması mərasimi keçirilib. Parkın salınmasında əsas dəstək olan bələdiyyə sədri Coşku Ünal Xocalı Soyqırımı ilə bağlı fikirlərini belə ifadə edib:

\"Türk tarixinin ən acı xatirələrindən biri olan Xocalı Qətliamının üzərindən19 il keçməsinə baxmayaraq ölkəmizdə bu cür böyük bir hadisəyə lazımi həssaslıq göstərilməyib.Azərbaycanlı qardaşlarımızın ən böyük yaralarından olan bu qırğın haqda ictimaiyyətə ətraflı məlumat verilməyib.Erməni lobbilərinin fəaliyyətləri belə böyük bir hadisəni dünyaya unutdurub, işğal etdikləri Dağlıq Qarabağ bölgəsini və burada etdikləri soyqırımı adi bir hadisə kimi göstərməyə çalışırlar. Bu səbəblə Xocalı soyqırımı qurbanlarının xatirəsini yaşatmaq üçün Kızılcahamam Bələdiyyəsi, Azərbaycan Ankara Səfirliyi və Azərbaycan Gənclik Təşəbbüsləri İctimai Birliyi ilə birlikdə bölgəmiz Akçay Məhəlləsi, Krım prospektinə "AbidəPark"inşa edilməsinə qərar verildi"


Orxan Faiqov

Bütün xəbərlər Facebook səhifəmizdə