Jurnalist Foqstun əvəzindən yazdığı “gündəlik”də xalqımızı təhqir edib - QALMAQAL
Futbol mütəxəssisi Futbolpress.az saytının yazarı Qismət Rüstəmovu məhkəməyə verəcəyini deyib
"Qulaq gündə bir söz eşitməsə kar olar". Bu el məsəli demək olar ki, hər gün, hər saat öz aktuallığını qoruyub saxlayır. Hansı qəzeti, saytı açırsan kiminsə məhşurlaşmaq arzusundan xəbər verən yazılar dərc edilir, başqa birisi isə öz arzusunu şərəfin, namusun, qeyrətin olmadığı bir üslubda reallaşdırmağa can atır. Nə olub? Nə baş verib? Məgər cəmiyyətdə seçilməyin yolu bişərəflikdənmi keçir? Bilmirəm, bəlkə kimlərsə bunu daha qısa məsafə hesab edirlər.
Mətləbə keçək. Futbolpress.az saytında Qismət Rüstəmov imzası hamı üçün təəccüblü, bir az da sensassiya döğuran yazı dərc olunub. Yazının müəllifi "qəhrəmanını" da sıradan biri seçməyib. Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqsta aid olduğu iddia edilən gündəliyi hissə-hissə çap edən Q.Rüstəmov hətta bununla özünə qarşı heç bir şübhə doğurmayıb. Əksəriyyət həmin gündəlikdə yazılanların alman millətinin nümayəndəsinə aid oldudğunu düşünüb bəlkə də fikir verməzdilər, yaxud "gündəliyin sahibindən" hesab sorardılar. Amma millimizin baş məşqçisi AFFA-nın rəsmi saytına açıqlama verəndən və gündəliyin ona aid olmadığını ərz edəndən, hətta jurnalisti məhkəməyə verəcəyini deyəndən sonra vəziyyət dəyişib. Məlum olub ki, Q.Rüstəmovun "almancadan tərcümə etdiyi gündəlik" ümumiyyətlə mövcud deyil. Jurnalist bunu özündən uydurub.
Soruşmaq lazımdır, axı, "gündəlik"də nə yazılıb? Bunun cavabını bir cümlə ilə də vermək olar. Əgər gündəliyi həqiqətən B.Foqsta məxsus olsaydı ən azından onu nəinki millidən, hətta ölkəmizdən qovardılar. Q.Rüstəmov isə futbol mütəxəssisinin adından xalqımız haqqında təhqiramiz ifadələr işlədib: "İçəndə elə gülürlər ki, ağızları cəhənnəmə bənzəyir. Elə bil içmirlər, ölümə qafiyə axtarırlar".
Jurnalist yazısında məhz Foqtsu "qəhrəman\" seçərək yazmağının səbəbini belə aydınlaşdırıb: "Foqts dünyada tanınmış adamlardandır. Bir əcnəbinin gözü ilə Azərbaycan futboluna, insanlarına baxmaq maraqlı olardı. Bu eksperimentin belə yayılacağına inanmırdım. Maraq böyük oldu. Görünür, insanların içində bir maraq vardı. Başqalarının gözündən özlərinə baxmaq istəyirdilər\".
Məntiqsizlikdir, deyilmi? Olmazdımı müxbir bu "zarafatında" Azərbaycan xalqı haqqında xoş sözlər deyəydi, nəinki təhqir? Görünür, Q.Rüstəmovun da xisləti bu günlərin ən böyük qarğış və söyüşlərə layiq milləti olan erməni xislətidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB