“Xocalı faciəsi bütün azərbaycanlıların hüzn günüdür”

“Xocalı faciəsi bütün azərbaycanlıların hüzn günüdür”

Azərbaycan müğənnisi, "faytonçu" ləqəbi ilə tanınan Nazim Pişyari Xocalı faciəsinə münaibət bildirib. SİA-ya açıqlamasında müğənni qeyd edib ki, Xocalıda baş verənlər nəinki tək azərbaycanlılara, eyni zamanda insanlığa qarşı soyqırımıdır. Bu gün azərbaycanlıların hüzn günüdür. Əgər bu dövlətin övladlarıyıqsa soyqırımının nədən baş verdiyini bütün dünyaya yaymalıyıq, Azərbaycan həqiqətləri barədə bəşəriyyətə çatdırmalıyıq ki, ermənilərin kim olduğunu onlar da tanısınlar".


Ceyran Əsgərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə