Kanadada Azərbaycan icmasının nümayəndələri Ermənistan səfirliyinin önündə piket keçirib
Kanadanın paytaxtı Ottavada bu ölkənin qanunverici orqanının binası qarşısında Kanadanın Ottava, Monreal, Toronto və Vaterlo şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələri, o cümlədən, buranın ali təhsil müəssisələrində təhsil alan tələbələrimiz tərəfindən Xocalı soyqırımının 20-ci ildönümünün anılması ilə əlaqədar, Ermənistanın Azərbaycana qarşı apardığı etnik təmizləmə və işğal siyasətinə etiraz ilə bağlı nümayiş keçirilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nümayişdə 1992-ci ilin 25-26 fevral tarixlərində Xocalıda erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilmiş cinayətlər və 1988-ci ildən davam edən işğala qarşı şüarlar səsləndirilib, Xocalı soyqırımı ilə bağlı yaddaş qeydləri paylanılmışdır. Nümayiş iştirakçıları Ermənistan tərəfindən yürüdülən bu siyasətin dayandırılmasını tələb etmiş, Kanada millət vəkillərini bu məsələlərə qiymət verməyə və Ermənistana təzyiq göstərməyə çağırıblar.
Həmçinin, nümayiş iştirakçıları Ermənistanın Kanadadakı səfirliyinin önündə də piket keçiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB