Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə BƏƏ-də silsilə görüşlər keçirilib - FOTOSESSİYA
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə BƏƏ-də keçirilən silsilə tədbirlər çərçivəsində görüşlər keçirib. SİA-nın xəbərinə görə, S.İmanov Dubay əmirliyinin Əl-Fəruq Ömər ibn Əl-Xəttab mədəniyyət mərkəzində mərkəzin icraçı direktoru Əbdül-Malik Əbdül-Xaliqin, kitabxananın müdiri, təlim şöbəsinin müdiri və mərkəzin digər əməkdaşları ilə görüşüb. Burada onlara Xocalı soyqırımı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib. Görüş zamanı Samir İmanov Azərbaycanın zəngin mədəni irsi, tarixi barədə danışıb, Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini qeyd edib, respublikanın dünyada nüfuzunun günü-gündən artdığını qeyd edib.
Mərkəzin direktoru Əbdül-Malik Əbdül-Xaliq "Azərbaycan" Cəmiyyətinin sədrinə təşəkkürünü və Azərbaycana səfər etmək arzusunu bildirib. Dubayın digər mədəniyyət mərkəzinin nümayəndələri ilə görüşdə "Azərbaycan" Cəmiyyətinin sədri Xocalı soyqırımı barədə məruzə ilə çıxış etmiş və 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni təcavüzkarları tərəfindən törədilən qətliyamın erməni millətçilərinin son 200 il ərzində azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb. Daha sonra Samir İmanov Mədəniyyət Mərkəzinin media idarəsinin rəisi Məhəmməd Xalidə Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" toplusunu, CD disklər, Qarabağ və İrəvan xanlıqlarının tarixindən bəhs edən ərəb dilində kitablar, ərəb dilində "Azərbaycan xalçaları" izahlı kataloqunu, xarici ölkələrdə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət kataloqu, Azərbaycan xəritəsi və may ayında Bakı şəhərində keçiriləcək Eurovision beynəlxalq mahnı müsabiqəsi ilə bağlı hazırlanmış təqvimləri təqdim edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB