Bu gün və sabah Türkiyədə TÜRKSAM və Türkiyə-Azərbaycan Dərnəyi tərəfindən konfranslar təşkil olunacaq. SİA-nın xəbərinə görə, konfransda Azərbaycanın Xocalı qəsəbəsində ermənilər tərəfindən edilən soyqırımı xatırlanacaq. Bundan əlavə, Xocalı soyqırımının iç üzü, yaşanan insanlıq dramı barədə danışılacaq, bu hadisələrin Türkiyə və beynəlxalq sahəyə necə əks olunduğu, bu faciəyə məsul şəxslərin mühakimə olunmasında beynəlxalq orqanların necə hərəkətə keçə biləcəyi barədə müzakirələr aparılacaq.
Konfransda Xocalı Soyqırımının 20-ci ilində 20 vətəndaş cəmiyyət təşkilatının Ermənistanın Xocalıda həyata keçirdiyi vəhşiliyin soyqırım olduğunu qəbul etdiyi bəyannamə də oxunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB