BƏƏ-də Azərbaycan diasporu Xocalı soyqırımının ildönümünü yad edib-FOTOSESSİYA
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən "Azərbaycan" Cəmiyyətinin təşkilatçılığı Dubayda Xocalı soyqırımının 20-ci ildönümü münasibətilə konfrans keçirilib. SİA-nın xəbərinə görə, konfransda BƏƏ-də yaşayan azərbaycanlılar, yerli ictimaiyyət nümayəndələri, eləcə də türk, İraq türkmənləri və digər milli icmaların, həmçinin KİV təmsilçiləri iştirak edib.
Konfransi giriş sözü ilə "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanov açaraq tədbir iştirakçılarına Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. S.İmanov Xocalıda baş verən qətliam qurbanlarının azərbaycanlı olduqlarına görə ermənilər tərəfindən planlı şəkildə öldürüldüyünü vurğulayaraq buna görə də həmin faciənin soyqırımı aktı olduğunu qeyd edib. "Azərbaycan" Cəmiyyətinin sədri erməni vandallarının 20 il əvvəl Xocalıda törətdikləri vəhşiliyi sübuta yetirən çoxlu sayda fakt və dəlillərin olduğunu qeyd edərək dünya birliyinin buna siyasi hüquqi qiymət verməli olduğunu və bu qətliamı insanlıq və bəşəriyyət əleyhinə cinayət kimi tanımasının zəruriliyini vurğulayıb. Daha sonra konfrans iştirakçıları üçün "Xocalı soyqırımı" filmi nümayiş etdirilib.
Tədbir iştirakçıları həmçinin konfrans zalının foyesində təşkil olunmuş foto şəkillərdən, Diasporla İş üzrə Dövlət Komitəsinin təqdim etdiyi kitab, broşür və jurnallardan ibarət sərgi ilə tanış olublar. Kitabların böyük əksəriyyəti tədbir iştirakçılarına verilib. Tədbirdə iştirak edən Dubay Hökuməti aparatının İctimai və Mədəni məsələlər üzrə müşaviri Səid Əl-Nəccara çoxlu sayda kitabla yanaşı Erik Fayqlın ingilis dilində yazdığı "İpək Yolu Odlar Yurdundan keçərək - Azərbaycan tarixi" kitabı hədiyyə edilib.
Konfransda iştirak edən Dubay əmirliyinin rəsmi ərəbdilli nəşri Al-Bayan qəzetinin əməkdaşı Xocalı soyqırımına həsr olunmuş tədbirdən material hazırlayıb. "BƏƏ-in Azərbaycan diasporu Xocalı soyqırımının ildönümünü yad edir" başlıqlı məqalədə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildiyi, 1275 xocalılının əsir düşdüyü, 150 nəfərin isə itkin düşdüyü qeyd olunub. Məqalə müəllifi BƏƏ-dəki "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun konfransda söylədiyi məruzəyə istinad edərək Xocalıda qeyd edib ki, "Ermənistan ordusunun bu vəhşi təcavüzü nəticəsində şəhər tamamilə dağıdılmış və bir gecə ərzində yer üzündən silinib". "Samir İmanov bildirib ki, Beynəlxalq İnsan Haqları üzrə Komitə bu soyqırımı dünyada baş vermiş milli münaqişələr tarixinin ən böyük qırğını kimi təsdiq edib", - deyə məqalədə yazılıb. Daha sonra müəllif Xocalı soyqırımı həqiqətlərinin araşdırılaraq dünyaya tanıdılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri olduğunu qeyd edərək məhz onun təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikası parlamenti tərəfindən 26 fevral tarixinin ölkədə Xocalı soyqırımı və milli hüzn günü kimi qeyd olunması bərədə qərar qəbul edildiyini vurğulayıb. Konfrans zamanı Samir İmanovun son 20 ildə Xocalı soyqırımına dünya ictimaiyyətinin siyasi-hüquqi qiymət verməsi istiqamətində çox işlərin görüldüyü barədə fikirlərinə toxunan müəllif ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdiyi cinayət barədə bir çox beynəlxalq təşkilatlara müasir standartlara uyğun şəkildə sənəd və materialların hazırlanaraq təqdim edildiyini, ermənilərin Xocalının dinc sakinlərinə qarşı törətdiyi cinayət barədə məlumatları özündə əks etdirən müxtəlif dillərdə kitab, broşür və bülletenlərin yayıldığını qeyd edib. O deyib ki, bütün səylərə baxmayaraq, etiraf edilmǝlidir ki, dünya bu dəhşətli cinayət faktları haqqında az bilir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB