Millət vəkilləri İstanbulda Xocalı soyqırımına həsr olunmuş yürüşdə iştirak edəcəklər

Millət vəkilləri İstanbulda Xocalı soyqırımına həsr olunmuş yürüşdə iştirak edəcəklər
Fevralın 26-da Türkiyənin İstanbul şəhərində Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş yürüş keçiriləcək. Milli Məclsin Mətbuat Xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə millət vəkilləri Mübariz Qurbanlı, Musa Qasımlı, Çingiz Qənizadə, Rövşən Rzayev, Jalə Əliyeva, Fazil Mustafa iştirak edəcəklər.

İstanbulun Taksim meydanında baş tutacaq aksiyaya ictimaiyyətin müxtəlif təbəqələrinin nümayəndələri qatılacaqlar. Tədbirdə Xocalı faciəsinin beynəlxalq səviyyədə tanınması, işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılması ilə bağlı müraciətlər səsləndiriləcək.

Səfər fevralın 27-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com