Azərbaycan ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun Qəyyumlar Şurasına üzv seçilib
İsveçrənin Bern şəhərində Ümumdünya Poçt İttifaqının (ÜPİ) Poçt İstismarı Şurası və Administrativ Şurasının birgə sessiyası çərçivəsində ÜPİ-nin Xidmət Keyfiyyəti Fondunun (Quality of Service Fund – QSF) dünyanın 9 ölkəsinin nümayəndəsindən ibarət Qəyyumlar Şurasına (Board of Trustees) seçkilər keçirilib. SİA-nın xəbərinə görə, seçkilər zamanı Azərbaycan bu orqana üzvlüyə qəbul olunub. Şərqi Avropa və Simali Asiya regionu üzrə sözügedən qurumda ayrılan 1 yerə 3 ölkə - Azərbaycan, Gürcüstan və Rumıniya namizədliyini verib. Səsvermələr UPİ-nin Poçt İstismarı Şurasının 40 üzv ölkəsi tərəfindən gizli yolla aparılıb.
Qəyyumlar Şurası Xidmət Keyfiyyəti Fondu çərçivəsində dünya ölkələrinin poçt administrasiyaları tərəfindən hazırlanmış layihələri nəzərdən keçirir, onları təsdiq və ya rədd edir, icrasına nəzarəti həyata keçirir. Azərbaycan bu vacib orqana üzv olmaqla ölkənin poçt sahəsi üzrə bir sıra əhəmiyyətli layihələrinin hazırlanması və maliyyələşməsi istiqamətində mühüm imkanlar əldə etmiş olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB