Sinan Oğan: “Xocalıda Azərbaycan türklərinə qarşı soyqırım cinayətini edənlər tarix və ədalət qarşısında lazımlı cəzalarını alacaqlar”

Sinan Oğan: “Xocalıda Azərbaycan türklərinə qarşı soyqırım cinayətini edənlər tarix və ədalət qarşısında lazımlı cəzalarını alacaqlar”

MHP İğdır millət vəkili Sinan Oğan Xocalı Soyqırımının 20-ci ildönümü ilə bağlı mətbuata açıqlama yayıb. SİA-nın xəbərinə görə, açıqlamada deyilir: "Ermənilər yüz il öncə İğdır və digər bölgədə etdikləri vəhşiliklər cəzasız qaldığı üçün bunun təkrarını Xocalıda törədiblər. Azərbaycanın Xocalı qəsəbəsində 1992-ci ilin 25-26 fevral günü törədilən hadisələr dövlət terroru nöqtəsinə gəlib. Xocalıda yüzlərlə Azərbaycan türkü soyqırıma məruz qalıb, günahsız insanların kəllələrinin dəriləri soyulub, hamilə qadınların qarınlarındakı uşaqları daha doğulmadan xəncərlənərək qətlə yetirilib. 26 fevral 1992-ci il tarixində Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin səbəb olduğu insanlıq dramı, tarixin ən ağrılı səhnələri olaraq bütün dünyanın yaddaşına, türk dünyasının ürəyinə daxil olub. Ermənilərin Xocalıda günahsız insanlara qarşı etdikləri nə beynəlxalq hüququn insan haqqları ilə bağlı qaydalarına uyğun gəlmir, nə də insan deyilən bir varlığın vicdanına sığmır. Xocalı soyqırımı eyni zamanda, türk dünyasının ortaq ağrısıdır. Tarix boyunca türkləri qətlə yetirən Ermənistan və erməni diasporu indi keçmişdə soydaşlarımıza qarşı etdiklərini unudaraq beynəlxalq sahədə əsassız iddialarını mənimsətmə hərəkatını özünə vəzifə seçib. Bu gün üçün ən lazımlı məsələ türk dünyasının Xocalıda yaşanan vəhşiliklə bağlı birləşərək haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bununla bağlı olaraq TÜRKSAM, Türkiyə Azərbaycan Dərnəyi (TAD) çərçivəsində, mənsubu olduğum MHP-nin Iğdır millət vəkili olaraq ciddi bir iş üzərində çalışırıq. Türkiyənin bir çox şəhərində və xaricdə sıx olaraq reallaşdırdığımız konfranslar və TV proqramları ilə Xocalı gerçəklərini ictimaiyyətə izah etməyə çalışırıq. Digər tərəfdən isə Türkiyə Böyük Millət Məclisində Xocalıda yaşananların soyqırım olaraq qəbul edilməsi üçün bütün imkanlarımızı səfərbər etməliyik. MHP Iğdır millət vəkili kimi həyata keçirdiyim səylər nəticəsində ilk dəfə üzvü olduğum Türkiyə Böyük Millət Məclisi Xarici işlər Komissiyası və Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupu olaraq Xocalıda soyqırımı haqqında bir qərar çıxardıq. Bizim soyqırım olaraq qəbul olunmasını istədiyimiz bu qərar təəssüf ki, səslərin əksəriyyət ilə "insanlığa qarşı cinayət" və "qırğın" olaraq qəbul olunub. Ancaq bu belə əhəmiyyətli bir mərhələdir. Bu qərarın siyasi və ictimai zəmində bir çox bənzər qərara mühit yaradacağını ümid edirik. Bundan əlavə, millətimizi Xocalı ilə əlaqədar ediləcək olan fəaliyyətlərdə siyasi şəxsiyyətlərindən ayrılaraq 26 fevralda "Xocalılı" olaraq ortaq bir məxrəc altında birləşməyə və türk millətinin ağrısını paylaşmağa çağırırıq.

Xocalıda baş verən haqsızlığı, itirilən insanlığı, zülm görən beşikdəki körpələri, əsir edilən soydaşlarımızı və vəhşicəsinə qətlə yetirilən insanları heç bir zaman unutmadığımızı və qarşıdakı günlərdə də gündəmdən düşməsinə icazə verməyərək unutdurmayacağımızı ifadə edərək şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu bilinməlidir ki, ermənilərin Xocalıda Azərbaycan türklərinə qarşı etdikləri vəhşiliyin sonunda Soyqırım olaraq qəbul ediləcək və bu soyqırım cinayətini edənlər tarix və ədalət qarşısında lazımlı cəzalarını alacaq\".

Bütün xəbərlər Facebook səhifəmizdə