Azərbaycanın Batumidəki Baş Konsulluğu Xocalı soyqırımı ilə bağlı mərasim keçirib

Azərbaycanın Batumidəki Baş Konsulluğu Xocalı soyqırımı ilə bağlı mərasim keçirib

Azərbaycanın Batumidəki Baş Konsulluğu tərəfindən "Sheraton" otelində Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mərasim keçirilib.

Konsulluqdan SİA-ya verilən məlumata görə, anım mərasimində Acarıstan Muxtar Respublikası Ali Məclisinin sədri Mixail Maxaradze, təhsil, mədəniyyət və idman naziri Giya Abuladze və nazir müavini Aida Abuseridze, maliyyə və iqtisadiyyat nazirinin müavini Ramaz Bolkvadze, Acarıstan Muxtar Respublikası parlamentinin deputatları, muxtar respublika hökuməti aparatının məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik missiyaların başçıları, Acarıstanın rayonlarının qubernatorları, "Acariya" qəzetinin baş redaktoru Georgiy Gorgiladze, Azərbaycan icmasının nümayəndələri və Acarıstan Muxtar Respublikasının ziyalıları iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan Baş konsul Hüseyn Nəcəfov iştirakçılara Xocalı soyqırımının ağır nəticələri barədə məlumat verərək, xüsusi vurğulayıb ki, bu gün Azərbaycan erməni millətçilərinin bütün tarix boyu azərbaycan xalqına qarşı törətdikləri cinayətlər, o cümlədən, Xocalı faciəsi haqqında, bu hadisənin soyqırım kimi tanınması istiqamətində həqiqətləri dünya ictimaiyyətinə doğru və düzgün çatdırılmasından ötrü məqsədyönlü və ardıcıl fəaliyyət həyata keçirir.

Tədbirdə iştirakçılara press-reliz, "Xocalıya ədalət" musiqi klipinin CD-si, eləcə də Xocalı soyqırımına həsr edilmiş digər materiallar təqdim olunmuşdur. Mərasimdə Xocalı faciəsinin miqyası barədə əyani şəkildə danışan foto-sərgi də təşkil edilib.

Mərasim iştirakçıları Xocalı soyqırımı zamanı həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasim və Baş Konsulun müsahibəsi "İmedi", "Acariya TV" və "TV–25" kanalları tərəfindən işıqlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə