AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Xocalı faciəsinin qurbanları yad edilib. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, professor Gövhər Baxşəliyeva fevralın 26-sının Azərbaycan xalqı üçün çox ağrılı bir gün olduğunu qeyd edib. Xocalı faciəsinin ağır nəticələri barədə danışan G.Baxşəliyeva, xalqımızın bu günü böyük hüzn və kədərlə qeyd etdiyini söylədi. Gövhər xanım ümummilli lider Heydər Əliyevin 2-ci dəfə hakimiyyətə gəlişindən sonra Milli Məclis tərəfindən bu hadisələrə hüquqi-siyasi qiymət verildiyini qeyd edib. G.Baxşəliyeva bu yaxınlarda Pakistan və Meksika parlamentlərinin Xocalı faciəsini soyqırımı kimi tanıdığını deyib. O, bir qədər öncə İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqında Xocalı hadisələri ilə bağlı qətnamə qəbul olunduğunu və təşkilata üzv dövlətlərin parlamentlərinə bu məsələnin öz qanunvericiliklərinə əlavə edilməsi ilə bağlı müraciət olunduğunu bildirib.
Tədbirdə institut əməkdaşlarından filologiya elmləri doktoru Vilayət Cəfərov, institutun həmkarlar təşkilatının sədri, hüquq üzrə fəlsəfə doktoru Sultanəli Mirzəzadə, tarix üzrə fəlsəfə doktoru Esmeralda Ağayeva və başqaları çıxış edərək, Xocalı faciəsinin Azərbaycan xalqını sarsıtdığını, Xocalı sakinlərinə sağalmaz yaralar, mənəvi zərbələr vurduğunu söyləməklə yanaşı, xocalıların amansız soyqırımı günündə də özlərini əsl qəhrəman kimi apardıqlarını qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB