Goranboy polisi Xocalı soyqırımının 20-ci ilini anıb

Goranboy polisi Xocalı soyqırımının 20-ci ilini anıb

Xocalı faciəsinin 20-ci ildönümü Goranboy polisləri tərəfindən anılıb. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, ilk olaraq rayon polis şöbəsinin şəxsi heyəti faciə qurbanlarının xatirəsinə ucaldılan heykəl kompleksini ziyarət ediblər. Sonra tədbirin rəsmi mərasimi keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edənlər xalqımızın başına gətirilən bu dəhşətli müsibətdən danışıblar. Faciənin xalqımıza qarşı məqsədli şəkildə törədilən soyqırımı olduğu vurğulanıb. Qeyd olunub ki, bu soyqırım aktı bəşəriyyətə qarşı törədilən insanlıq ötəsi bir faciədir. Həmin dövr Xocalıda xidmət göstərən milis qüvvələrindən danışılıb. Tədbir çərçivəsində Azərbaycanın mili qəhrəmanı, polis mayoru Əlif Hacıyevin göstərdiyi şücaətdən nümunələr gətirilib.

Tədbirdə daha sonra hazırda rayon polis şöbəsində çalışan faciə şahidlərinin çıxışları dinlənilib.


Şamxal Cəliloğlu


Bütün xəbərlər Facebook səhifəmizdə