Yevlaxda ötən ilin yekunlarına dair hesabat iclası keçirilib

Yevlaxda ötən ilin yekunlarına dair hesabat iclası keçirilib

\"2011-ci ildə Yevlaxda ümumdaxili məhsulun həcmi 38,2 milyon manat artaraq 395,4 milyon manata çatıb\". SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, bu sözlər ötən ilin yekunlarına dair keçirilən hesabat iclasında səslənib və çıxışlar dinlənilib. Hesabatda bildirilib ki, ümumi göstəricilərin 10,5 milyon manatı sənaye, 71,2 milyon manatı kənd təsərrüfatı, 73,4 milyon manatını tikinti, 194,3 milyon manatını ticarət yerdə qalanını isə digər xidmətlər təşkil edib. Hesabat dövründə kənd təsərrüfatı məhsulları istehsalı da əvvəlki ilə müqayisədə 4,3% çox olub. 2011-ci ildə sahibkarlara və iş adamlarına 15 milyon 605 min manat kredit verilib. 791 daimi iş yeri açılıb. Tədbirdə çıxış edən digər nümayəndələr təmsil etdikləri sahələr üzrə görülən işlər barədə məlumat verərək əldə olan uğurlardan eləcə də mövcud problemlərdən danışıblar.

Həmçinin qarşıda duran vəzifələr müzakirə olunub.


Şamxal Cəliloğlu








Bütün xəbərlər Facebook səhifəmizdə