\"France 24\" Xocalı soyqırımı haqqında reportaj nümayiş etdirib

\"France 24\" Xocalı soyqırımı haqqında reportaj nümayiş etdirib

Fransanın məşhur \"France 24\" televiziya kanalının Cənubi Qafqaz üzrə müxbirinin ötən həftə Azərbaycana etdiyi səfər əsasında bu gün həmin telekanalda Xocalı soyqırımı haqqında reportaj nümayiş etdirilib.

Azərbaycanın Fransadakı səfirliyindən SİA-ya verilən məlumata görə, bu faciəli hadisənin 20-ci ildönümünə həsr edilmiş reportajda qadınlar və uşaqlar daxil olmaqla 613 azərbaycanlının ermənilər tərəfindən qətlə yetirildiyi bildirilib, Xocalıdan olan bir qadın və qırğın zamanı 10 yaşı olan Anar Usubov bu dəhşətli faciə ilə bağlı xatirələrini bölüşüb və erməni vəhşiliyindən bəhs ediblər. Burada habelə, ölkədə 1 milyonadək qaçqının olduğu qeyd edilib və onların mühüm hissəsinin üzləşdiyi ağır həyat şəraitindən bəhs edən təsvirlər verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə